“Norm” şirkəti Avropa Sement Akademiyasına üzv olub - FOTO

“Norm” şirkəti Avropa Sement Akademiyasına üzv olub - <span style="color: red;">FOTO
# 12 mart 2014 07:00 (UTC +04:00)

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, sement istehsalına yeni başlamış “Norm” şirkətinin beynəlxalq qurumlarla sıx əməkdaşlığı şirkət tərəfindən məhsulun keyfiyyətinə və etibarlılığına verilən yüksək önəmi nümayiş etdirir. Şirkət rəhbərliyi əmindir ki, bu yanaşma tərzi öz bəhrəsini verəcək və “Norm” şirkətinin sürətli artım və inkişafına xidmət edəcəkdir.


ECRA sementin istehsalı və betonda tətbiqi üzrə beynəlxalq miqyasda tanınmış qurumdur. Təşkilat mütərəqqi sement və beton texnologiyaları sahəsində yüksək səriştəyə malik olan elmi mərkəz kimi nüfuz qazanıb. Əsası 2003-cü ildə qoyulmuş Akademiya Almaniyanın Düsseldorf şəhərində yerləşir. Dünyanın 40-dan artıq aparıcı sement istehsalçısı, o cümlədən CRH, Heilderberg, CIMPOR, VICAT, Lafarge və s. kimi tanınmış şirkətlər ECRA-nın üzvü olub, qurumla uğurla əməkdaşlıq edir.


Akademiya sementin istehsalı və betonda tətbiqi üzrə tədqiqatların dəstəklənməsi, təşkili və həyata keçirilməsində Avropa sement sənayesi üçün bir platforma rolunu oynayır. ECRA-nın vəzifəsi sement sənayesində yenilikləri təşviq etmək və sürətləndirməkdən ibarətdir.

Təşkilata üzv olmaqda “Norm” şirkətinin məqsədi ən son beynəlxalq nailiyyətləri yerli sement istehsalı sənayesində tətbiq etməkdən və Azərbaycanı mötəbər Avropa qurumlarında təmsil etməkdən ibarətdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR