Azərbaycan yığması Serbiyanı məğlub edib

Azərbaycan yığması Serbiyanı məğlub edib
# 23 yanvar 2014 07:17 (UTC +04:00)

Bakı – APA. Serbiyanın paytaxtı Belqradda təlim-məşq toplanışında olan futzal üzrə Azərbaycan millisi yoldaşlıq oyunu keçirib. Apasport.az saytının məlumatına görə, Avro-2014-ün final mərhələsinə hazırlaşan komandamız Serbiya yığması ilə üz-üzə gəlib.

Kovilovo İdman Mərkəzində baş tutan qarşılaşma yığmamızın 4:1 hesablı qələbəsi ilə başa çatıb. Komandamızın heyətində Rafael Durval 2, Fernandes da Silva Amadeu və Vitali Borisov hərəyə bir qol vurublar.

Qeyd edək ki, Azərbaycan və Serbiya yığmaları bu gün yenidən üz-üzə gələcəklər. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR