Bakı-APA. ABŞ-da prokuror məhkəmədən Cohar Tsarnayevə ölüm cəzası tələb edəcək. Bu barədə APA “Assoşieyted Press”ə istinadən xəbər verir.
Xatırladaq ki, aprelin 15-də Bostonun mərkəzində bir birinin ardınca iki partlayış törədilib, nəticədə 3 nəfər həlak olub, 260-dan çox adam yaralanıb.
Bir müddət əvvəl verilən məlumata görə, prokurorluq Tsarnayevin məhkəməni təxirə salmaq məqsədilə vəsatətin təqdim olunması üçün ona əlavə vaxt verilməsi ilə bağlı xahişini rədd etmişdi.