ABŞ Baş Prokurorluğu Cohar Tsarnayevə ölüm cəzası tələb etmək niyyətindədir

ABŞ Baş Prokurorluğu Cohar Tsarnayevə ölüm cəzası tələb etmək niyyətindədir
# 31 yanvar 2014 04:20 (UTC +04:00)

Bakı-APA. ABŞ-da prokuror məhkəmədən Cohar Tsarnayevə ölüm cəzası tələb edəcək. Bu barədə APA “Assoşieyted Press”ə istinadən xəbər verir.

Xatırladaq ki, aprelin 15-də Bostonun mərkəzində bir birinin ardınca iki partlayış törədilib, nəticədə 3 nəfər həlak olub, 260-dan çox adam yaralanıb.

Bir müddət əvvəl verilən məlumata görə, prokurorluq Tsarnayevin məhkəməni təxirə salmaq məqsədilə vəsatətin təqdim olunması üçün ona əlavə vaxt verilməsi ilə bağlı xahişini rədd etmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR