Rusiyada hərbi təlim təyyarəsi qəzaya uğrayıb, ölən var

Rusiyada hərbi təlim təyyarəsi qəzaya uğrayıb, ölən var
# 15 aprel 2014 19:08 (UTC +04:00)

Bakı-APA. Rusiyanın Həştərxan vilayətində Rusiya Hərbi-Hava Qüvvələrinə məxsus “Yak– 130” tipli təlim təyyarəsi uçuş həyata keçirərkən qəzaya uğrayıb. APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, insident bu gün 18.30 radələrində Axtubinsk rayonunda baş verib. Qəza nəticəsində heyət üzvlərindən bir həlak olub, digəri xəsarət alıb.

Təyyarə aerodromdan 25 km aralıda qəzaya uğrayıb. İlkin versiyalara görə, qəzaya səbəb texniki nasazlıq və ya ekipajın səhvi olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR