Kanada əhalisinin beşdə biri xaricdə anadan olub

Kanada əhalisinin beşdə biri xaricdə anadan olub
# 09 may 2013 02:52 (UTC +04:00)

Bakı-APA. Kanada əhalisinin təxminən 20%-i – 6 milyon 800 min nəfər ölkədən xaricdə anadan olub. Ölkənin federal statistika idarəsinin keçirdiyi siyahıyaalmanın nəticələri bunu deməyə əsas verir.

Ümumilikdə ölkədə 35 milyon insan var. 2006-11-ci illərdə Kanadaya 1 milyon 200 milyon mühacir gəlib. Onların 56,9%-i Asiya və Yaxın Şərq ölkələrindən gəliblər. Onların böyük əksəriyyəti iri şəhərlərdə yaşayırlar. Mühacirlərin 13,1%-i və ya 152,3 min nəfər filippinlilərdir.

«Böyük səkkizlik» ölkələri arasında Kanada xaricdə anadan olmuş sakinlərinin sayına görə birinci yerdədir - 20,6%. Sonrakı yerləri Almaniya (13%) və ABŞ (12,9%) tuturlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR