Krımlılar Ukraynada prezident seçkilərində iştirak edə bilərlər

Krımlılar Ukraynada prezident seçkilərində iştirak edə bilərlər
# 08 aprel 2014 12:28 (UTC +04:00)

Bakı-APA. Krım sakinləri Ukraynada növbədənkənar prezident seçkilərində iştirak edə bilərlər.

APA-nın UNİAN-a istinadən verdiyi məlumata görə, belə bir bəyanatla Ukrayna Mərkəzi Seçki Komissiyasının sədr müavini Janna Usenko-Çyornaya çıxış edib.

Ukrayna seçki qanunvericiliyinin buna imkan verəcəyini deyən J. Usenko-Çyornaya bildirib ki, bunun üçün krımlılar dövlət reyestr xidmətinə müraciət etməlidir.

“Krımdan gələnlərin sayını nəzərə alsaq, yarımada ilə həmsərhəd ərazilərdə xeyili sayda seçki məntəqəsi yaratmaq olar. Həmin məntəqələr çətin duruma düşmüş insanların seçki hüququnu təmin etməyə kömək edəcək”, - deyə o vurğulayıb.

Qeyd edək ki, Ukraynada növbədənkənar prezident seçkiləri mayın 25-də keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR