Bölgələrdə yeni teleradio yayım stansiyalarının şəbəkəsi genişləndirilir

Bölgələrdə yeni teleradio yayım stansiyalarının şəbəkəsi genişləndirilir
# 13 may 2013 08:03 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Quba rayonunun Dağlı kəndində yeni teleradio yayım stansiyası istifadəyə verilib.

«APA-Economics»in Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə istinadən verdiyi məlumata görə, Şimal bölgəsini rəqəmsal televiziya ilə təmin etmək və analoq efir yayımını daha da gücləndirmək məqsədilə qurulmuş stansiyadakı teleötürücü qülləsinin hündürlüyü 73 metrdir. Qüllə ilə yanaşı, ərazidə texniki bina da inşa olunub. Yayım dairəsi 100 km olan yeni stansiyadan 12 televiziya kanalı yayımlanacaq.

Şabran rayonunun Dağbilici, Xaçmazın isə Yalama kəndlərində də bu cür stansiyaların tikilməsi nəzərdə tutulub. Yeni yayım texnologiyasına keçid xarici telekanalların Azərbaycanın efir məkanına qeyri-qanuni müdaxiləsinin də müəyyən qədər qarşısını alacaq.

Qeyd edək ki, 2013-cü ilin sonunadək Azərbaycanda analoq televiziya yayımı tam olaraq dayandırılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR