Tamerlan Tsarnayev naməlum yerdə dəfn edilib

Tamerlan Tsarnayev naməlum yerdə dəfn edilib
# 09 may 2013 20:35 (UTC +04:00)

Bakı-APA. Bostonda terror aktı törətməkdə şübhəli bilinən 26 yaşlı Tamerlan Tsarnayevin cəsədi bu gün Vuster şəhərinin hüdudlarından kənarda torpağa tapşırılıb. APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə “The Boston Globe” qəzetinə Vuster polis idarəsinin nümayəndəsi məlumat verib. Cənazənin basdırıldığı yer barədə məlumat verilmir.

Xatırladaq ki, bir necə gün əvvəl mərasimin təşkili ilə məşğul olan Boston şəhərinin dəfn mərasimləri üzrə bürosunun rəhbəri Piter Stefan qəbir yerinin müəyyənləşdirildiyini bildirib.

Qeyd edək ki, Boston sakinləri Tsarnayevin torpağa tapşırılmasına qarşı çıxaraq, onu Üsamə ben Laden kimi “dənizdə dəfn olunmasını” təklif edib, şəhərdəki qəbiristanlıqlar isə məzar üçün yer ayırmaqdan boyun qaçırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR