Odessada «Sea Breeze-2013» Ukrayna-ABŞ birgə təlimləri başlayıb

Odessada «Sea Breeze-2013» Ukrayna-ABŞ birgə təlimləri başlayıb
# 08 iyul 2013 15:02 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Ukraynanın Odessa şəhərində «Sea Breeze-2013» Ukrayna-ABŞ birgə təlimləri başlayıb. APA-nın Ukraynanın Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, iyulun 20-dək davam edəcək təlimlərin mövzusu – dənizdə təhlükəsizlik və xilasetmə əməliyyatlarının keçirilməsidir. Təşkilatçılar bu ilki təlimə ilk dəfə manevrlərin gedişində gözlənilməz elementləri daxil etməyi planlaşdırırlar.

Odessa və Nikolayev sahələrində keçiriləcək təlimdə 10 ölkə– Bolqarıstan, İtaliya, Kanada, Almaniya, Rumıniya, Türkiyə, ABŞ, Ukrayna, Gürcüstan və Azərbaycan iştirak edəcək. Ümumilikdə təlimə 1700 hərbçi, müxtəlif sinifdətəxminən 15 gəmi, aviasiya və zirehli texnika cəlb olunub.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR