Bakıda yanğın nəticəsində bir nəfər xəsarət alıb

Bakıda yanğın nəticəsində bir nəfər xəsarət alıb
# 11 may 2013 21:21 (UTC +04:00)

Bakı-APA. Bakıda həyət evində yanğın nəticəsində bir nəfər xəsarət alıb. APA-nın FHN-nə istinadən verdiyi xəbərə görə, yanğın Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 300 kv.m olan ikimərtəbəli 6 otaqlı evin 1-ci mərtəbəsində qeydə alınıb. Belə ki, evin 1-ci mərtəbəsində yerləşən köməkçi otağına yığılmış istifadəsiz tikinti materialları 8 kv.m sahədə yanıb. Yanğın zamanı ev sahibinin oğlu əl və ayaq nahiyyəsindən yanıq xəsarətləri ilə yanğınsöndürənlər hadisə yerinə çatana kimi valideyinləri tərəfindən Yanıq Mərkəzinə aparılıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 19:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR