Məşhur voleybolçu Azərbaycandan getdi

Məşhur voleybolçu Azərbaycandan getdi
# 03 iyun 2013 15:13 (UTC +04:00)

Bakı – APA. “Azəryol” daha bir oyunçusu ilə vidalaşıb. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisi bu dəfə ulduz voleybolçusu Manon Flierlə yollarını ayırıb. Klub rəhbərliyi 29 yaşlı legionerlə müqavilənin müddətini artırmaq istəməyib.


Bununla da son günlərə kimi “Azərreyl” adlanan komanda heyətində yer alan Hollandiya yığmasının hər 3 voleybolçusu ilə vidalaşıb. Çünki “Azəryol” Flierə qədər Debbi Stam və Karolina Vensinkə də “yaxşı yol” demişdi.

Flierin artıq yeni klubu da məlumdur. O, Azərbaycan millisinin hücumçusu Natalya Məmmədovanın heyətində yer aldığı Rusiya “Omiçka”sına transfer olunub.

Qeyd edək ki, bakılılar hollandiyalarla yanaşı, Riikka Lehtonen (Finlandiya), Milena Radeçka (Polşa) və İndre Sorokayte (Litva/İtaliya) ilə də müqaviləni uzatmaqdan imtina ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR