Zərdabda ali məktəblərə qəbul olan məzunların rayon rəhbərliyi ilə görüşü keçirilib

Zərdabda ali məktəblərə qəbul olan məzunların rayon rəhbərliyi ilə görüşü keçirilib
# 04 sentyabr 2013 18:56 (UTC +04:00)

Zərdab. Zahid Abışov – APA. Zərdabda 2013-cü ildə ali məktəblərə qəbul olan məzunların rayon rəhbərliyi ilə görüşü olub. APA – nın yerli bürosunun məlumatına görə, Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev bildirib ki, son illər bütün bölgələrdə olduğu kimi Zərdab rayonunda da təhsilin inkişafı istiqamətində xeyli iş görülüb. Onun sözlərinə görə, son 10 ildə rayonda 13 yeni məktəb binası istifadəyə verilib, 1 məktəb əsaslı təmir edilib, hazırda 4 məktəb, o cümlədən Çallı kəndində 360, İsaqbağı kəndində 220, Aşağı Seyidlər kəndində 80, yeni qəsəbədə 132 şagird yerlik yeni məktəb binaları açılış üçün tam hazırdır.

L.Babayev qeyd edib ki, 2013-cü ildə rayonun 135 məzunu müxtəlif ali məktəblərə qəbul olub, onlardan 6 nəfəri 600-dən çox bal toplayıb.

Görüşün sonunda 600-dən çox bal toplamış tələbələrə qiymətli hədiyyələr verilib, onların şərəfinə böyük konsert proqramı təşkil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR