Rusiyada güclü yanğın baş vermiş hərbi hissədə 10 nəfərin cəsədi tapılıb - VİDEO

Rusiyada güclü yanğın baş vermiş hərbi hissədə 10 nəfərin cəsədi tapılıb - <span style="color: red;">VİDEO
# 30 aprel 2014 07:52 (UTC +04:00)

APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, meyitlər yanmış yük maşınında olub.

Rusiya Müdafiə Nazirlyinin mətbuat xidmətinin rəisi İqor Konaşenkov bildirib ki, insanlarla dolu maşın partlayış baş verən an həmin ərazidə olub. Onun sözlərinə görə, maşın ərazidən uzaqlaşmağa çalışsa da, bu, mümkün olmayıb.

Qeyd edək ki, hərbi hissədə partlayışlarla müşahidə olunan güclü yanğın nəticəsində ətraf ərazidən 2000 nəfər təxliyə edilib. Onların arasında 700 nəfər uşaq var.

Hərbi hissədə 20-dək partlayış baş verdiyi bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR