Altı yaşı tamam olmayan uşaqların vaxtından əvvəl I sinifə götürülməsi ilə bağlı sənəd qəbulu başa çatıb

Altı yaşı tamam olmayan uşaqların vaxtından əvvəl I sinifə götürülməsi ilə bağlı sənəd qəbulu başa çatıb
# 05 sentyabr 2013 14:51 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu gün 6 yaşı cari ilin 15 sentyabr – 31 oktyabr tarixlərində tamam olan uşaqların vaxtından əvvəl ümumtəhsil məktəblərinin I sinifinə qəbulu ilə bağlı sənədlərin qəbulu başa çatıb. APA-nın xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarovun “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu qaydaları” barədə əmrinə əsasən “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinifə qəbulu qaydaları”nı təmin etmək məqsədilə valideynlərin ərizələrinin qəbulu iyulun 20-dən başlanıb və bu gün saat 17:00-da yekunlaşıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil məktəbləri tərəfindən iyulun 17-dək sənədləri qəbul edilmiş, lakin valideynlərin və digər qanuni nümayəndələrin Bakı şəhərində olmaması səbəbindən avqustun 20-nə qədər BŞTİ-də qeydiyyatdan keçməsi mümkün olmamış uşaqların qeydiyyat müddətinin uzadılmasına Təhsil Nazirliyi tərəfindən baxılıb. Təhsil Nazirliyinin avqustun 27-də ünvanlanan məktubu ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinə 6 yaşı cari ilin 15 sentyabr – 31 oktyabr tarixlərində tamam olan uşaqların sənədlərinin qəbulu müddətinin sentyabr ayının 5-dək uzadılmasına icazə verilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsində avqustun 28-dən sentyabrın 5-dək saat 10:00-dan 17:00-dək qəbul edilib.

Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinifə qəbulu ilə əlaqədar seçim mövcud qaydalara görə sentyabrın 10-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR