Dow Jones indeksi 0,3%, S&P 500 0,5%, Nasdaq 0,6% yüksəlib

Dow Jones indeksi 0,3%, S&P 500 0,5%, Nasdaq 0,6% yüksəlib
# 25 noyabr 2013 07:03 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Noyabrın 22-də Amerika fond bazarında Dow Jones indeksi 0,3% - 16 065 bəndədək, S&P 500 0,5% - 1 805 bəndədək, Nasdaq 0,6% - 3 992 bəndədək yüksəlib.

«APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında indekslərin yüksəlməsinə analitiklərin müsbət proqnozları təsir edib. Belə ki, analitiklər əsas iri korporasiyaların III rübün mənfəətinin həm bu ilin II rübün, həm də əvvəlki proqnozlardan daha yüksək olacağını gözləyirlər.

Avropa fond bazarlarında noyabrın 22-də FTSE 100 indeksi 0,1% - 6 674 bəndədək enib, Almaniya DAX-ı 0,3% - 9 219 bəndədək, Fransa CAC-40-ı isə 0,6% - 4 279 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,2% artaraq 1 244,60 dollara bərabər olub.


Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3558 dollar (+0,7%) təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR