«KATV1» yeni xidmət mərkəzini istifadəyə verib - FOTO

«KATV1» yeni xidmət mərkəzini istifadəyə verib - <span style="color: red;">FOTO
# 08 may 2013 11:12 (UTC +04:00)

Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycanın «KATV1» kabel televiziya operatoru abunəçilərin rahatlığını təmin etmək məqsədilə xidmət mərkəzlərinin sayını genişləndirməsini davam etdirir.

«KATV1»dən «APA-Economics»ə verilən məlumata görə, yeni xidmət mərkəzi Bakının Səbayel rayonunda istifadəyə verilib.

Açılış mərasimində «AG Telekom» şirkətinin («KATV1» brendinin sahibi) baş direktoru Samir Qurbanov şirkətin yaranma tarixindən danışaraq «KATV1» kabel televiziyasının dinamik inkişaf etdiyini, əhatə dairəsini günü-gündən genişləndiyini bildirib və qeyd edib ki, artıq təkcə paytaxt Bakıda deyil, Gəncə, Mingəçevir və Xırdalan şəhərlərində də şirkət əhaliyə yüksək səviyyədə xidmət göstərir.

«KATV1» kabel televiziya operatorunun abonentləri Üzeyir Hacıbəyov küçəsi-98B ünvanında yerləşən Səbayel xidmət mərkəzində şirkətin fəaliyyəti barədə məlumat əldə edib, kabel şəbəkəsinə qoşulmaq üçün sifariş verə bilərlər. Ödənişlərin qəbulu, paketlərin siyahısında dəyişikliklərin edilməsi və bütün digər məsələlərlə də bağlı yeni mərkəzə müraciət etmək olar.

Xatırladaq ki, hazırda ölkə üzrə «KATV1»in 13 xidmət mərkəzi fəaliyyət göstərir. Bunlardan 9-u Bakı şəhərində, 2-si Gəncədə, 1-i Mingəçevirdə, 1-i də Xırdalan şəhərlərində yerləşir. Şirkət artıq abonentlərə yüksəksürətli internet xidməti də göstərir. Bundan başqa, «KATV1» qəzeti vasitəsilə abunəçilər retranslyasiya olunan telekanalların proqramları və digər maraqlı məlumatlarla tanış ola bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR