Pənah Hüseyn: “İctimai Palatanın fəaliyyətinin dayandırılması məsələsi gündəmdə deyil”

Pənah Hüseyn: “İctimai Palatanın fəaliyyətinin dayandırılması məsələsi gündəmdə deyil”
# 08 may 2013 15:47 (UTC +04:00)

Bakı. Etibar Məmmədov-APA. Bu gün İctimai Palatanın (İP) Koordinasiya Şurasının (KŞ) iclası keçirilib. Bu barədə APA-ya İP KŞ üzvü Pənah Hüseyn məlumat verib.

P. Hüseyn bildirib ki, iclasda ölkədəki ictimai-siyasi hadisələrlə yanaşı, Milli Şuranın elan olunacağı təqdirdə İP-in fəaliyyətinin dayandırılması ilə bağlı mətbuatda yayılan informasiyalar müzakirə olunub və bu informasiyaların həqiqətə uyğun olmadığı bəyan edilib.

P. Hüseynin sözlərinə görə, İctimai Palatanın fəaliyyəti dayandırıla bilər, lakin hazırda belə bir məsələ gündəmdə deyil: “İctimai Palatanın fəaliyyətini yalnız sessiyanın dayandırmaq səlahiyyəti var”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR