Gəncədə 21 yaşlı gənc bıçaqlanmış vəziyyətdə küçədə tapılıb

Gəncədə 21 yaşlı gənc bıçaqlanmış vəziyyətdə küçədə tapılıb
# 18 iyun 2014 07:38 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncə şəhər sakini bıçaqlanıb. Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə Gəncə çayının sağ sahilində Əhməd Cəmil küçəsində baş verib. Gəncə şəhər sakini, 1993-cü il təvəllüdlü Xəyal Alıyev bıçaqlanmış vəziyyətdə yolun kənarında aşkar edilərək dərhal Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Vədənin çoxsaylı kəsilmiş-deşilmiş yarası diaqnozu ilə əməliyyat edilən X. Alıyevin vəziyyəti ağır qiymətləndirilir.

Gəncə şəhər Baş Polis İdarəsindən verilən məlumata görə X. Alıyevin kim tərəfindən bıçaqlandığı hələ ki məlum deyil. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR