Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin adlı təqaüdünün təqdimat mərasimi keçirilib - FOTO

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin adlı təqaüdünün təqdimat mərasimi keçirilib - <span style="color: red;">FOTO
# 20 fevral 2014 08:50 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün qış imtahan sessiyasının nəticələrinə görə, əlaçı və həmkarlar ittifaqı fəalı olan ali məktəb tələbələrinə və “Mən azərbaycanlıyam” müsabiqəsinin qalibi olmuş şagirdlərə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsinin adlı təqaüdünün təqdim edilməsi mərasimi keçirilib.

APA-nın məlumatına görə, tədbirdə ATİAHİ Respublika Komitəsinin sədri Səttar Mehbalıyev çıxış edərək, Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətindən danışıb. O, həmkarlar ittifaqı təşkilatları tərəfindən dövlət gənclər siyasətində verilən dəstək və bu istiqamətdə həyata keçirilən tədbirləri nəzərə çatdırıb.

Sonra qış imtahan sessiyasının nəticələrinə görə, əlaçı və həmkarlar ittifaqı fəalı olan 60 nəfər ali məktəb tələbəsinə ATİAHİ Respublika Komitəsinin adlı təqaüdü təqdim edilib.

Qeyd edək ki, tələbələrdən elmə, təhsilə marağın artırılması məqsədilə 1995-ci ildə ATİAHİ Respublika Komitəsinin adlı təqaüdü təsis edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR