İran rəsmisi: “Xəzərin suyunun Urmiya gölünə axıdılmasının heç bir müsbət təsiri olmayacaq”

İran rəsmisi: “Xəzərin suyunun Urmiya gölünə axıdılmasının heç bir müsbət təsiri olmayacaq”
# 04 aprel 2014 09:45 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. “Xəzər dənizinin suyunun Urmiya gölünə axıdılmasının heç bir müsbət təsiri olmayacaq”. APA-nın İSNA-ya istinadən verdiyi məlumata görə, bunu İranın Meşələr, Otlaqlar və Su hövzələri Təşkilatının sədri Xudakərim Cəlali bildirib.

Onun sözlərinə görə, əvvəlki illərdə Urmiya gölünün ətrafından götürülən sular yeraltı şirin su mənbələrini boşaldıb və nəticədə yeri şor su ilə dolub: “Yeraltı su mənbələrini qidalandırmaqla şirin su əldə etmək olar. Əks təqdirdə, Urmiya gölünə su axıdılması planları heç bir fayda verməyəcək”.

X.Cəlali deyib ki, Urmiya gölünün xilası üçün İran Energetika Nazirliyinə 19 layihə təqdim edilməsi məsələsinə də toxunub: “Bu planların inkişafı Urmiya gölünün canlandırılması üçün çox yaxşı addım ola bilər”.

Qeyd edək ki, Urmiya gölü İranın Şərqi və Qərbi Azərbaycan vilayətlərinin ortasında yerləşir. Sahəsi təxminən 6 min kv. km olan Urmiya gölünün 70 faizi 50 il ərzində tamamilə quruyub və şoranlığa çevrilib. Göldəki suyun səviyyəsi isə 1995-ci ildən azalmağa başlayıb. Artıq Urmiya gölünün ərazisi çox kiçilib və 5 adanın ətrafındakı su tamamilə quruyub. Mütəxəssislər duz fırtınalarının baş verəcəyi və insanların sağlamlığına, təsərrüfata xeyli ziyan vuracağı barədə dəfələrlə xəbərdarlıq ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR