Bakıda Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının iclası keçirilib

Bakıda Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının iclası keçirilib
# 10 dekabr 2013 15:52 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Bu gün Bakıda Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının növbəti iclası keçirilib.

APA-Economics”in xəbərinə görə, toplantı zamanı iki ölkə arasında bütün sahələri əhatə edən məsələlər müzakirə olunub. Azərbaycanla Qazaxıstan arasında münasibətlərin yüksək səviyyədə inkişaf etdiyi bildirilib.


Energetika naziri Natiq Əliyev qeyd edib ki, Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsinin həcmi son vaxtlar 42% artıb. Nazir həmçinin energetika sahəsində də geniş əməkdaşlığın mövcud olduğunu qeyd edib: “Biz Qazaxıstanda ən zəngin “Kaşaqan” yatağının tezliklə işə salınmasını səbirsizliklə gözləyirik. Belə ki, buradan hasil edilən neftin bir hissəsi Azərbaycan ərazisi ilə Bakı-Tiflis-Ceyhan boru kəməri və digər xətlərlə dünya bazarına çıxarılacaq. Qazaxıstanda 132 min azərbaycanlı sahibkarlıq fəaliyyəti ilə məşğul olur”.


Qazaxıstanın neft və qaz nazirinin müavini Maqzum Mirzaqaliyev isə maşınqayırma sahəsində Azərbaycana yaxından yardım edə biləcəklərini söyləyib: “Qazaxıstanda Azərbaycanla birgə müəssisələrin açılması yaxşı olardı. Neft-qaz sahəsində Azərbaycan müəssisələrinin Qazaxıstanda yaxşı potensiala sahib olacağını görürük”.


M.Mirzaqaliyevin sözlərinə görə, Aktau şəhərində Azərbaycanın iri logistik mərkəzinin tikilməsi planlaşdırılır. Azərbaycandan buraya kənd təsərrüfatı malları ixrac olunacaq və daha sonra bütün ölkə boyu yayılacaq: “Bu il Azərbaycan vasitəsilə təxminən 3 mln. ton neft daşınacaq, lakin sonra da artım olmasına dair potensial mövcuddur. Bizim “TengizChevroil” şirkəti təklif edir ki, neft daşınmalarını Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə həyata keçirmək istəyir. Bu il həmin marşrutla 500 min ton neft nəql olunub. Düşünürük ki, gələn il bu marşrut vasitəsilə daşınan neftin həcmi 4 mln. tona çata bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR