Misirdə Mursi tərəfdarları ilə polis arasında yenidən toqquşmalar baş verib

Misirdə Mursi tərəfdarları ilə polis arasında yenidən toqquşmalar baş verib
# 04 yanvar 2014 13:35 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. Misirdə devrilən prezident Məhəmməd Mursi tərəfdarları ilə polis arasında yenidən toqquşmalar baş verib. APA-nın “Euronews” kanalına istinadən verdiyi məlumata görə, toqquşmalar nəticəsində azı 14 nəfər həlak olub, onlarla insan yaralanıb.

Ən şiddətli toqquşmalar paytaxt Qahirədə, İsgəndəriyyə, Fayum, İsmailliyə, Süveyş şəhərlərində baş verib. Polis 122 nəfəri həbs edib.

Qeyd edək ki, ötən il iyulun 3-də hərbçilər “Müsəlman qardaşlar” hərəkatının liderlərindən olan prezident Məhəmməd Mursini deviriblər. Buna qarşı çıxış edən Mursi tərəfdarları mütəmadi olaraq aksiyalar keçirirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR