Zaqatala sakini elektrik cərəyanı vurması nəticəsində ölüb

Zaqatala sakini elektrik cərəyanı vurması nəticəsində ölüb
# 14 sentyabr 2013 09:41 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Zaqatala sakini bədbəxt hadisə nəticəsində ölüb.

Abşeron Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə Xırdalan şəhərində qeydə alınıb.

Zaqatala rayon sakini İmran Cavadov Xırdalan şəhəri ərazisindəki mənzillərdən birində təmir işləri apararkən elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR