“DəmirBank” saytında kommunal, mobil rabitə və sair ödənişlər üzrə uduş kampaniyası keçirir

“DəmirBank” saytında kommunal, mobil rabitə və sair ödənişlər üzrə uduş kampaniyası keçirir
# 22 aprel 2014 10:28 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “DəmirBank” saytında kommunal, mobil rabitə və sair ödənişlər üzrə uduş kampaniyası keçirir.

APA-Economics”in məlumatına görə, lotereyada 1 ədəd mininot, 1 ədəd ətçəkən və 1 ədəd şirəçəkən maşın oynanılacaq.

Bankın internet saytında BillPay sistemi ilə on-line ödəniş edənlər toplanan bonuslardan istifadə edərək lotereyada iştirak edə bilər. Plastik kart sahibləri BillPay on-line ödəniş xidməti vasitəsi ilə https://billpay.demirbank.az internet səhifəsində qeydiyyatdan keçərək kommunal, stasionar və mobil rabitə, internet provayder və kabel TV xidmətlərinin on-line ödənişini həyata keçirə bilər. Ödənilən hər 1 manat üçün istifadəçi 100 bonus xalı əldə edir. Lotereyada iştirak etmək istəyənlər şanslarını özləri müəyyən edir. Belə ki, mininot üçün 1500, ətçəkən üçün 400, şirəçəkən üçün isə 200 bonus xalı tələb olunur. Misal, əgər müştəri BillPay sistemində 25 manatlıq ödənişlər edibsə, malik olduğu 2500 bonus hesabına aşağıdakı qaydada şanslar əldə edə bilər:

  • Variant A: mininot udmaq üçün - 1 şans, ətçəkən üçün - 2 şans, şirəçəkən maşın üçün - 1 şans
  • və yaxud Variant B: mininot udmaq üçün - 1 şans, ətçəkən üçün - 1 şans, şirəçəkən maşın üçün – 3 şans

Müştəri lotereyada iştirak şanslarını müəyyən edərkən bonuslarını qismən və ya ümumiyyətlə, istifadə etməzsə, onun malik olduğu bonuslar itmir və gələcəkdə iştirak şansları əldə etmək üçün istifadə edilə bilər.

Qeyd edək ki, lotereyanın qalibləri 24 may 2014-cü il tarixində müəyyən ediləcək. Bu lotereya Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən təsdiq edilib, stimullaşdırıcı lotereyalarının təşkili və qaydalarına uyğun olaraq keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR