Azərbaycan Ordusunun hərbçisi zabit yoldaşını xidməti silahı ilə yaralayıb - VİDEO

Azərbaycan Ordusunun hərbçisi zabit yoldaşını xidməti silahı ilə yaralayıb - <span style="color: red;">VİDEO
# 13 fevral 2014 09:10 (UTC +04:00)

APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin Naxçıvan Muxtar Respublikasında yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissənin zabiti, leytenant Emin Hümbətovun əlindəki silahdan təhlükəsizlik qaydalarının pozulması nəticəsində atəş açılıb. Nəticədə güllə onun zabit yoldaşı, baş-leytenant Samir Məmmədova dəyib. Bir güllə yarası alan zabit hospitala yerləşdirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.

Faktla bağlı cinayət işi başlanıb və hərbi prokurorluq tərəfindən araşdırma aparılır.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR