ARDNŞ prezidenti: “Bulla-Dəniz” yatağında vəziyyət normaldır” - VİDEO

ARDNŞ prezidenti: “Bulla-Dəniz” yatağında vəziyyət normaldır” - <span style="color: red;">VİDEO
# 01 oktyabr 2013 15:29 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. "Bulla-Dəniz" yatağında vəziyyət normaldır. Hazırda ərazidə Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) və "Hellenic Petroleum" şirkətinin əməkdaşları birgə işləyir.

APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, artıq yataqda təmizləmə işləri başa çatdırılıb: “Quyunun ağzı əlimizdədir. İndi hazırlıq işləri görülür, ABŞ-dan avadanlıqlar göndərilib. Onlar Kamerun şirkəti tərəfindən sınaqdan keçirilib və dənizə göndərilib. Hazırda həmin avadanlıqların quyunun başına keçirilməsi üçün hazırlıq işləri görülür. Biz iki variantı - yana-yana və ya söndürmə variantından istifadə edilməsinə dair qərar verəcəyik. Maksimum imkanlarımızdan istifadə edib quyunu xilas etmək istəyirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR