Azərbaycan ərazisində hava şəraiti pisləşəcək, temperatur 5-7 dərəcə düşəcək - YENİLƏNİB - VİDEO

Azərbaycan ərazisində hava şəraiti pisləşəcək, temperatur 5-7 dərəcə düşəcək - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">VİDEO
# 05 mart 2014 09:49 (UTC +04:00)

Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumatda bildirilir ki, martın 6-dan 7-nə keçən gecədən başlayaraq martın 9-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir.

Martın 7-si gündüzdən 8-i axşamadək şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

Martın 8-də havanın temperaturu ötən günlərlə müqayisədə 5-7 dərəcə aşağı enəcək.

Sabahın hava proqnozuna gəlincə, martın 6-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir, gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

Şimal küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 5-7, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında martın 6-da hava şəraitinin əsasən yağmursuz, lakin gecə və səhər saatlarında bəzi yerlərdə duman, çiskin, gecəyə doğru bəzi şimal rayonlarından başlayaraq gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3-8, gündüz 14-19 dərəcə, bəzi yerlərdə 22 dərəcəyədək isti, dağlarda gecə 3-8 isti, gündüz 9-14 dərəcə, bəzi yerlərdə 17 dərəcəyədək isti olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR