Marneuli rayon icra hakimiyyətinin başçısı istefa verib

Marneuli rayon icra hakimiyyətinin başçısı istefa verib
# 06 sentyabr 2013 09:29 (UTC +04:00)

Marneuli. Nizami Məmmədzadə - APA. Azərbaycanlıların kompakt yaşadığı Gürcüstanın Marneuli rayonunun rəhbərliyində kadr dəyişikliyi baş verib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, Marneuli icra hakimiyyəti başçısı Paata Abramişvili ərizə yazaraq işdən gedib. İstefanın səbəbi hələlik məlum deyil.

Qeyd edək ki, bundan əvvəl rayon icra hakimiyyəti başçısının müavini Tamaz Yenukidze də ərizə yazaraq istefa verib və daha bir müavin - Qoşqar Çaylıyev işindən azad edilib. Q. Çaylıyevin yerinə 33 yaşlı soydaşımız Ramin İsmayılov təyin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR