Baş Prokurorluq jurnalist Xədicə İsmayılovanın istintaqa cəlb edilməsi barədə xəbərləri təsdiqləyib - YENİLƏNİB - VİDEO

Baş Prokurorluq jurnalist Xədicə İsmayılovanın istintaqa cəlb edilməsi barədə xəbərləri təsdiqləyib - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">VİDEO
# 18 fevral 2014 11:54 (UTC +04:00)

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya bildirib ki, xəbər verildiyi kimi bəzi kütləvi informasiya vasitələrində jurnalist Xədicə İsmayılovanın şəxsi “Facebook” səhifəsində 17 fevral 2014-cü il tarixdə yerləşdirdiyi Milli Təhlükəsizlik Nazirliyinin xidməti fəaliyyətinə aid olunması ehtimal edilən və dövlət və ya xidməti sirr təşkil edən sənədlərin dərc edilməsi və yayımlanması ilə əlaqədar Baş prokuror qanunvericilikdə nəzərdə tutulmuş qaydada aidiyyəti qurumlarla müvafiq araşdırmaların aparılmasına dair göstəriş verib.

Faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 284.2-ci (dövlət sirrini yayma) maddəsi ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə Xədicə İsmayılova şahid qismində dindirilməsi üçün istintaqa dəvət edilib.

***

13:48

Bakı. Hafiz Heydərov – APA. Jurnalist Xədicə İsmayılova prokurorluğa çağırılıb. APA-nın məlumatına görə, bu barədə X. İsmayılova öz “facebook” profilində məlumat yayıb.

Jurnalistin yazdığına görə, ona qarşı cinayət işi başlanıb: “Baş prokurorluqdan zəng elədilər. Mənə qarşı cinayət işi açıblar. Cinayət işi dövlət sirrini yayma maddəsi ilə açılıb (284)”.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov isə APA-nın sorğusuna cavabında bildirib: “Günün ikinci yarısında məlumatı ya təsdiq edəcəyəm, ya da təkzib”.

Qeyd edək ki, bir neçə gün öncə X. İsmayılova “facebook” sosial şəbəkəsindəki səhifəsində Milli Təhlükəsizlik Nazirliyindən (MTN) iddia etdiyi bir məktub yayıb. O bildirib ki, bu məktub ona 2011-ci ildə təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR