ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Türkiyəyə səfər edəcək

ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Türkiyəyə səfər edəcək
# 17 fevral 2014 14:28 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva – APA. ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Türkiyəyə səfər edəcək.

APA-nın xəbərinə görə, diplomat bunu özünün “Twitter” səhifəsində yazıb. “Bu gün Ankaraya gedirəm. Türkiyənin mövqeyini dinləməyi səbirsizliklə gözləyirəm”, deyə o, söyləyib.

Xatırladaq ki, fevral ayının əvvəllərində ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycana və Ermənistana səfər ediblər. Onlar münaqişənin həlli və yüksək səviyyədə görüşlərin təşkili üçün işi davam etdirəcəklərini bildiriblər.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR