Moldova rəssamlarının Azərbaycana yaradıcılıq səfəri başlayıb

Moldova rəssamlarının Azərbaycana yaradıcılıq səfəri başlayıb
# 24 sentyabr 2013 11:42 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycanın Moldovadakı səfirliyinin təşkilatçılığı ilə sentyabrın 23-də 4 nəfər Moldova rəssamının - Tatyana Frunze, Aleksandr Alavatski, Yakov Tixman, İlie Aleksandr Leunun Azərbaycana yaradıcılıq səfəri başlayıb.

Səfər zamanı Moldova rəssamları azərbaycanlı rəssamlarla birlikdə Bakı və onun ətrafını gəzərək rəsmlər çəkəcəklər. Tədbirin sonunda "Qalereya 1969" Qalereyasında birgə yekun sərgi keçiriləcək.

Qeyd edək ki, tədbir iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Protokoluna əsasən təşkil olunur. 21-27 iyun tarixlərində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə 4 nəfər Azərbaycan rəssamının Moldovaya səfəri təşkil olunub. Səfərin sonunda 4 Azərbaycan və 4 Moldova rəssamının iştirakı ilə Kişinyovda sərgi təşkil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR