Dünyanın ən yaxşı yığma məşqçilərinin adları açıqlanıb

Dünyanın ən yaxşı yığma məşqçilərinin adları açıqlanıb
# 22 yanvar 2014 12:05 (UTC +04:00)

Bakı – APA. Dünyanın ən yaxşı yığma məşqçilərinin siyahısı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünya ölkələrindəki nümayəndələri arasında keçirdiyi səsvermənin nəticələrini açıqlayıb.

Sorğunun nəticələrinə əsasən, İspaniya millisinin baş məşqçisi Visente del Boske planetin ən yaxşısı olub. Ardıcıl ikinci, ümumilikdə dördüncü dəfə bu ada layiq görülən mütəxəssis 161 xal toplayıb.

Almaniyalı Yoahim Löv 101, braziliyalı Luis Felipe Skolari isə 74 xal toplayıb. Ümumilikdə isə siyahıda dünyanın 9 çalışdırıcısı yer alıb.

Qeyd edək ki, İFFHS 1996-cı ildən ən yaxşı yığma məşqçisini müəyyənləşdirir. Bu nominasiyanın ilk qalibi isə indi Azərbaycan millisini çalışdıran almaniyalı Berti Foqts olub.

yer

baş məşqçi

komandası

xal

1

Visente del Boske

İspaniya

161

2

Yoahim Löv

Almaniya

101

3

Luis Felipe Skolari

Braziliya

74

4

Mark Vilmots

Belçika

54

5

Xose Pekerman

Kolumbiya

40

6

Alexandro Sabelya

Argentina

23

7

Oskar Tabares

Uruqvay

11

8

Çezare Prandelli

İtaliya

9

9

Yurgen Klinsmann

ABŞ

8

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR