WTI markalı neft yenidən bahalaşıb

WTI markalı neft yenidən bahalaşıb
# 11 dekabr 2013 07:26 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Dekabrın 10-da Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair yanvar müqaviləsinin dəyəri 1,17 dollar və ya 1,2% artaraq 1 barelə görə 98,51 dollar təşkil edib.


«APA-Economics»in məlumatına görə, dekabrın 10-da ICE London qitələrarası birjasında yanvarda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,01 dollar və ya 0,01% azalaraq 109,38 dollar olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR