Con Kerri Cenevrədə İran XİN rəhbəri ilə görüşəcək

Con Kerri Cenevrədə İran XİN rəhbəri ilə görüşəcək
# 08 noyabr 2013 01:50 (UTC +04:00)

Bakı-APA. ABŞ dövlət katibi Con Kerri noyabrın 8-də Cenevrəyə planlaşdırılmamış səfər edərək İran XİN rəhbəri Cavad Zəriflə görüşəcək. APA-nın məlumatına görə, bu barədə NBC telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, Kerrinin Cenevrədə “altılıq” ölkələri ilə İran arasında keçirilən danışıqlara gəlişi ona işarə verir ki, Vaşinqton və Tehran arasında nüvə problemi üzrə tarixi razılaşma əldə oluna bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR