“Saşko Belıy” hüquq-mühafizə orqanlarının əməkdaşları ilə atışma zamanı öldürülüb

“Saşko Belıy” hüquq-mühafizə orqanlarının əməkdaşları ilə atışma zamanı öldürülüb
# 25 mart 2014 10:12 (UTC +04:00)

APA-nın “korrespondent.net” xəbər portalına istinadən verdiyi məlumata görə, Ukrayna daxili işlər nazirinin 1-ci müavini Vladimir Yevdokimov A. Muzıçkonun saxlanılarkən hüquq-mühafizə orqanlarının əməkdaşlarına atəş açmasından sonra ölümcül yaralandığını və daha sonra öldüyünü açıqlayıb.

V. Yevdokimov martın 24-dən 25-nə keçən gecə DİN-in Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməkdaşları və “Sokol” xüsusi təyinatlı dəstəsi tərəfindən Rovno vilayətində mütəşəkkil cinayətkar dəstənin yaxalanması məqsədilə xüsusi əməliyyat keçirildiyini bildirib. Əməliyyat Rovno yaxınlığındakı bir kafedə keçirilib və orada 3 nəfər saxlanılıb. Həmin şəxslərdə “Kalaşnikov” avtomatı və “Makarov” tapançası olub. A. Muzıçko isə “Dayan! Milis!” çağırışlarından sonra kafenin pəncərəsindən tullanaraq qaçmağa başlayıb və “Sokol” əməkdaşlarına atəş açıb. Yaralanan “Sokol” əməkdaşı A. Muzıçkonun ayaqlarına doğru cavab atəşi açıb. A. Muzıçkonun yaxalanması zamanı isə əlbəyaxa dava olub və yenidən atəş səsləri eşidilib. Ağır yaralanan “Saşko” ölüb. Saxlanılan digər 3 nəfər Kiyevə aparılıb.

Xatırladaq ki, A. Muzıçko haqqında həm Ukraynada, həm də Rusiyada cinayət işi qaldırılmışdı və onun barəsində axtarış elan olunmuşdu. Qərb ölkələri də Ukrayna hökumətindən silahlı radikallara qarşı tədbir görülməsini tələb edirdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR