Azərbaycan prezidenti 249 və 138 nömrəli məktəblərin əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub

Azərbaycan prezidenti 249 və 138 nömrəli məktəblərin əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub
# 13 sentyabr 2013 11:06 (UTC +04:00)

Prezident əvvəlcə 249 nömrəli orta məktəbə baş çəkib.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verib. Bildirilib ki, 1280 şagird yerlik məktəbdə 1400 şagird təhsil alır. Məktəbdə Azərbaycan bölməsi ilə yanaşı, rus bölməsi də fəaliyyət göstərir. Yeni dərs ili ərəfəsində məktəbin binası əsaslı şəkildə təmir edilib, sinif otaqları, fənn kabinetləri yenidən qurularaq müasir avadanlıqla təchiz olunub.

Sonra prezident 138 nömrəli məktəbə gəlib. Bu məktəbdə görülən işlərlə bağlı da dövlət başçısına məlumat verilib. Bildirilib ki, 1176 şagird yerlik məktəbdə 1020 şagird təhsil alır. Bundan əlavə, binada Füzuli rayonunun 80 şagird yerlik 30 nömrəli məcburi köçkün məktəbi yerləşir.

Məktəbin bütün sinif otaqlarında, fənn kabinetlərində təmir və yenidənqurma işləri yüksək standartlara uyğun şəkildə həyata keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR