DÇ-2014: Ukrayna Fransaya, Poruqaliya isə İsveçə qalib gəlib

DÇ-2014: Ukrayna Fransaya, Poruqaliya isə İsveçə qalib gəlib
# 16 noyabr 2013 00:30 (UTC +04:00)

Bakı-APA. Bu gün DÇ-2014-ün seçmə mərhələsinin Avropa zonası üzrə pley-off oyunları keçirilib. APA-nın Apasport.az saytına istinadən verdiyi məlumata görə, Braziliyada keçiriləcək mundiala qatılmaq üçün mübarizəni davam etdirən 8 komanda ilk oyunlarına çıxıb.


Avropanın son 4 təmsilçisi olmaq iddiasında olanlar seçmə mərhələdə qrupda 2-ci yeri tutanlardır. Günün ən maraqlı qarşılaşması Portuqaliya ilə İsveç arasında olub. Planetin ən güclü futbolçularından olan Kriştianu Ronaldo ilə Zlatan İbrahimoviç Pireney yarımadasında üz-üzə gəlib. Bu qarşılaşmada portuqaliyalılar minimal hesabla sevinib.

Frank Riberili Fransa yığması isə Ukrayna qarşısına çıxıb. Oyuna istədikləri kimi başlaya bilməyən qonaqlar məğlubiyyətlə üzləşib.

Yunanıstan – Rumıniya 3:1

Mitroqlu, 14, 67, Salpinqidis, 21 - Stanku, 19


Portuqaliya – İsveç 1:0
Ronaldo, 82

Ukrayna – Fransa 2:0
Fedetskiy, 70, Yarmolenko, 82

İslandiya – Xorvatiya 0:0

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR