ATƏT Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü hazırlayır

ATƏT Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü hazırlayır
# 04 aprel 2014 22:03 (UTC +04:00)

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə həmsədrlərin Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün yekununa dair bəyanatında bildirilir.

Nazirlər yaxın gələcəkdə prezidentlərin görüşünün mümkünlüyünü müzakirə ediblər və konkret məsələlərdə irəliləyişin vacibliyini vurğulayıblar.

ATƏT-in Minsk qrupunun həmsədrləri nazirləri bölgədəki gərginliyin aradan qaldırılması üçün ciddi addımlar atmağa və dinc nizamlama prosesini davam etdirməyə çağırıblar.

Xatırladaq ki, Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan sonuncu dəfə 2013-cü ilin noyabrında Vyanada görüşüblər.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR