Kürdəmirdə sərnişin sürücüyə 12 bıçaq zərbəsi vurub

Kürdəmirdə sərnişin sürücüyə 12 bıçaq zərbəsi vurub
# 18 aprel 2014 09:07 (UTC +04:00)

Kürdəmir. Elvin Yaqubov - APA. Kürdəmir rayonunda Ağcabədi rayon sakinləri arasında düşən dava bıçaqlanma ilə nəticələnib.

Kürdəmir rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Bakı-Qazax yolunun Kürdəmir rayonundan keçən hissəsində baş verib. Ağcabədi rayon sakini, 1988-ci il təvəllüdlü Məmmədov Xəyal Natiq oğlu öz şəxsi avtomobili ilə Bakıdan Ağcabədiyə apardığı sərnişini 1995-ci il təvəllüdlü Əliyev Qulu Ədalət oğlu arasında şəxsi münasibətlər zəminində dava düşüb.

Qulu Əliyev üzərində gəzdirdiyi bıçaqla sürücü Xəyal Məmmədova 12 bıçaq xəsarəti yetirib. Ölümcül vəziyyətdə Kürdəmir rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən Xəyal Məmmədovun vəziyyəti hazırda ağır olaraq qalır.

İlkin məlumata görə, onlar arasında mübahisənin pul üstündə yarandığı bildirilir. Qulu Əliyev tutularaq Kürdəmir rayon Polis Şöbəsinə gətirilib. Faktla bağlı Kürdəmir rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR