Prezident İlham Əliyev Beyləqanda avtomobil yolunun açılışında iştirak edib

Prezident İlham Əliyev Beyləqanda avtomobil yolunun açılışında iştirak edib
# 28 avqust 2014 12:41 (UTC +04:00)

APA-Economics”in məlumatına görə, sözügedən yol ölkə başçısının sərəncamı ilə tikilib. Sənədə əsasən avtomobil yolunun tikintisinə prezidentin ehtiyat fondundan ilkin olaraq 2 mln. manat vəsait ayrılıb.

25 min nəfərin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən yolun ümumi uzunluğu 39 km-dən çoxdur. Hazırda avtomobil yolunun 20 kilometrlik hissəsinin inşası başa çatdırılıb.

Dördüncü texniki dərəcəli bu yolun istifadəyə verilməsi onun əhatə etdiyi kəndlərin sakinlərinin rayon mərkəzi, o cümlədən respublika əhəmiyyətli əsas yollara çıxışını asanlaşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR