Ötən il Azərbaycanda 26 ton qan tədarük edilib

Ötən il Azərbaycanda 26 ton qan tədarük edilib
# 14 fevral 2013 09:31 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. “Hazırda qan tədarükü ilə bağlı Azərbaycanda heç bir problem yoxdur və ölkədə kifayət qədər qan ehtiyatı var”. APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Səhiyyə Nazirliyinin B.Eyvazov adına Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Sultan Əliyev deyib.

O bildirib ki, ötən il Azərbaycanda 25,9 ton qan tədarük edilib. S.Əliyevin sözlərinə görə, hazırda qan tədarükünün daha da artırılması istiqamətində iş aparılır: “Bu il ərzində Azərbaycanın səhiyyə müəssisələrində fəaliyyət göstərən 5 minə yaxın tibb işçisi qan verəcək. Bu da 2013-cü ildə tədarük olunacaq qanın 1/3 hissəsini, yəni 30%-ni təşkil edəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR