Sumqayıt və Bakıda yanğın hadisəsi qeydə alınıb

Sumqayıt və Bakıda yanğın hadisəsi qeydə alınıb
# 02 noyabr 2014 02:33 (UTC +04:00)

Bakı-APA. Gecə saatlarında Sumqayıt və Bakıda yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Sumqayıtda yanğın ümumi sahəsi 1600 kv.m (hər mərtəbəsi 800 kv.m ) olan ikimərtəbəli inzibati binasının 1-ci mərtəbəsində soyunub-geyinmə otağında baş verib. Nəticədə otağın pəncərə çərçivəsi 2,5 kv.m sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Bakının Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 200 kv.m olan qeyri-yaşayış sahəsində 10 kv.m sahədə məişət tullantıları yanıb. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərərfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR