Türkiyəli jurnalistlər Quba Memorial Soyqırımı kompleksini ziyarət ediblər

Türkiyəli jurnalistlər Quba Memorial Soyqırımı kompleksini ziyarət ediblər
# 13 dekabr 2014 14:07 (UTC +04:00)

Quba. Vəli Turan - APA. “Türkiyə və Azərbaycan mediası: tarixi müqayisələr və ənənəvi mediadan onlayn mediaya keçid” mövzusunda keçirilən konfrans iştirakçıları Quba Memorial Soyqırımı kompleksini ziyarət ediblər.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, konfransın türkiyəli iştirakçıları gördükləri mənzərədən dəhşətə gəldiklərini bildiriblər.

Türkiyə Qazi universitetinin jurnalistika fakültəsinin dekanı Zakir Avşar ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün güclərin birləşdirilməsinin vacib olduğunu deyib.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov jurnalistlərə açıqlamasında qondarma “soyqırım” iddiası ilə çıxış edənlərə qarşı iki ölkənin jurnalistlərinin birgə mübarizə aparmalı olduğunu vurğulayıb.

Daha sonra Heydər Əliyev mərkəzində bölgədə fəaliyyət göstərən media nümayəndələri ilə birgə konfrans keçirilib. Toplantıda Dağlıq Qarabağ münaqişəsi, eləcə də ermənilərin Azərbaycanda törətdikləri soyqırım faktlarını dünyaya çatdırılması üçün konkret yollar müzakirə olunub.

Jurnalistlərlə fikir mübadiləsi aparılıb, onların təklifləri dinlənilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR