Azərbaycanla Rusiya arasında “yaşıl dəhliz” vasitəsilə bitki mənşəli kənd təsərrüfatı məhsullarının maneəsiz keçidi ilə bağlı sənəd imzalanacaq

Azərbaycanla Rusiya arasında “yaşıl dəhliz” vasitəsilə bitki mənşəli kənd təsərrüfatı məhsullarının maneəsiz keçidi ilə bağlı sənəd imzalanacaq
# 24 aprel 2015 13:08 (UTC +04:00)

Mingəçevir. Elvin Yaqubov - APA. Yaxın günlərdə Azərbaycan və Rusiya arasında “yaşıl dəhliz” vasitəsilə bitki mənşəli kənd təsərrüfatı məhsullarının maneəsiz keçidinin təmin olunması üçün sənəd imzalanacaq.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib.

Komitə sədri bildirib ki, həmin sənəd tam hazırdır və Rusiya tərəfi ilə razılaşdırılıb: “Sadəcə sənədin imzalanması ilə bağlı məsələ qalıb, ümid edirik ki, yaxın günlərdə buna qərar veriləcək və sənəd imzalanacaq. İki ölkə arasında bitki mənşəli kənd təsərrüfatı məhsullarının maneəsiz keçidinə şərait yaradacaq “yaşıl dəhliz” məsələsi yeni mövsüm ərəfəsində öz həllini tapacaq. Söhbət aksizaltı məhsullardan başqa, tez xarab olan məhsullardan, eləcə də emal məhsullarından gedir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR