"I Avropa Oyunları (Bakı 2015)"  mövzusunda açıq loqotip müsabiqəsi elan olunub

"I Avropa Oyunları (Bakı 2015)"  mövzusunda açıq loqotip müsabiqəsi elan olunub
# 13 fevral 2013 07:36 (UTC +04:00)

Bakı-APA. Bakıda 2015-ci ildə keçiriləcək I Avropa Oyunlarının Təşkilat Komitəsi oyunların loqosunun, medallarının və məşəlinin dizaynlarının müəyyənləşdirilməsi üçün müsabiqə elan edib. Təşkilat Komitəsindən APA-ya verilən məlumata görə, müsabiqədə dizayn qrafikası sahəsində peşəkar və ya həvəskar olaraq fəaliyyət göstərən hər bir şəxs iştirak edə bilər. İştirakçılara yaş məhdudiyyəti qoyulmur. Bir müəllif ən çox 5 iş təqdim edə bilər və təqdim edilən işlər müsabiqənin mövzusuna uyğun olmalıdır. Müsabiqəyə yalnız indiyə qədər istifadə edilməyən və mövcud dizaynların elementlərini təkrarlamayan nümunələr təqdim edilməlidir.

Təqdim olunan işlər və ərizə forması 23 fevral 2013-cü il tarixinə kimi elektron formada həm müsabiqənin [email protected] elektron poçt ünvanına, həm də Təşkilat Komitəsinə (cd-r, dvd-r) göndərilməlidir.

Müsabiqənin mükafat fondu aşağıdakı qaydada müəyyənləşdirilib:

I yer - 5000 AZN, II yer (laureat) - 3000 AZN, III yer (laureat) - 2000 AZN.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR