Nelson Mandella xəstəxanadan evə buraxılıb

Nelson Mandella xəstəxanadan evə buraxılıb
# 06 aprel 2013 19:16 (UTC +04:00)

Bakı-APA. Cənubi Afrika Respublikasının keçmiş prezidenti Nelson Mandella xəstəxanadan evə buraxılıb. APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, bir müddət əvvəl pnevmoniya diaqnozu ilə xəstəxanaya yerləşdirilən Nelson Mandella müalicə kursunu ev şəraitində davam etdirəcək.

Xatırladaq ki, 94 yaşlı keçmiş prezident martın 27-də ağ ciyər infeksiyası diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi

Son iki ildə o artıq dörd dəfə xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR