Ekspert: “ATƏT müşahidəçilərini Bakıya göndərməmək üçün “prosedur münaqişəsi” yaratdı”

Ekspert: “ATƏT müşahidəçilərini Bakıya göndərməmək üçün “prosedur münaqişəsi” yaratdı”
# 24 oktyabr 2015 18:17 (UTC +04:00)

Bakı-APA. “Təsadüfi deyil ki, bəzi KİV-lərdə artıq Azərbaycandakı seçki prosesini nüfuzdan salan və sifarişlə yazıldığı aşkar görünən materiallar peyda olub. Amma rəsmi Bakı ölkədəki sabitliyi qorumağa müvəffəq olur”. Bunu “Secki-2015” saytına Rusiyanın Böhranlı Cəmiyyətlərin Öyrənilməsi Mərkəzinin baş analitiki Sergey Balmasov deyib.

"Azərbaycandakı seçkilərin nəticələri Rusiya üçün təcrübə olacaq. Təsadüfi deyil ki, Rusiyanın Mərkəzi Seçki Komissiyasının sədri Vladimir Çurovun rəhbərlik etdiyi geniş nümayəndə heyəti Azərbaycanda keçiriləcək parlament seçkilərini izləmək üçün Bakıya gələcək. Bu faktın özü Moskvanın seçkiləri tanıdığının ciddi göstəricisidir”,- deyə analitik bildirib.

Onun sözlərinə görə, Azərbaycan hakimiyyəti əsas diqqətini seçkilərə müşahidəçi missiyaları göndərən ölkələrə yönəltməlidir.

“ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları üzrə Bürosu öz müşahidəçilərini Bakıya göndərməmək üçün aşkar şəkildə “prosedur münaqişəsi” yaratdı. Bu, heç də təsadüfi deyil. Belə ki, bu, son aylarda Azərbaycana qarşı informasiya hücumuna keçən Qərb üçün gələcəkdə ölkədəki seçki və seçkiqabağı prosesin gedişatını tənqid etməyə bəhanə ola bilər”,- deyə Sergey Balmasov əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR