Prokuror Fərəc Kərimliyə cəza istəyib

Prokuror Fərəc Kərimliyə cəza istəyib
# 29 aprel 2015 09:42 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Müsavat Partiyası başqanının müavini Fərəc Kərimlinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, prosesdə dövlət ittihamçısı çıxış edərək, F. Kərimlinin 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Proses mayın 6-da davam etdiriləcək. Həmin gün təqsirləndirilən şəxsin vəkili çıxış edəcək.

Qeyd edək ki, F. Kərimli Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma, daşıma) maddəsinə əsasən ittiham edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR