Avroliqada 1/8 final mərhələsinin ilk oyunları keçirilib (Nəticələr)

Avroliqada 1/8 final mərhələsinin ilk oyunları keçirilib (Nəticələr)
# 08 mart 2013 03:38 (UTC +04:00)

Bakı-APA. Avroliqada 1/8 final mərhələsinin ilk oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, ilk matç günündə səkkiz qarşılaşma baş tutub.

Mübarizəyə öncə Rusiyanın paytaxtı Moskvada start verilib. Burada “Anji” “Nyukasl”ı qəbul edib. “Lujniki” stadionunda reallaşan oyunda tərəflər hesabı aça bilməyib və qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb.

Rusiyanın digər təmsilçiləri isə səfər matçlarına çıxıblar. Milli komandamızın müdafiəçisi Ruslan Abışovun düşərgəsində olduğu “Rubin” ötən mərhələdə olduğu kimi ilk matçını İspaniyada keçirərək, “Atletiko”nun ardınca “Levante”nin qonağı olub. Təmsilçimizin komandası Mahaçqala klubu kimi meydandan 0:0 hesablı bərabərliklə ayrılıb.

“Zenit” isə “Bazel”lə münasibətlərinə aydınlıq gətirib. Bu görüşdə Rusiya klubu, “Anji” və “Rubin”dən fərqli olaraq, məğlub olub – 2:0.

Türkiyənin turnirdə yeganə təmsilçisi “Fənərbaxça” da bu mərhələdə ilk matçını rəqib meydanında keçirib, Çexiyada “Viktoriya” ilə üzləşib. Azərbaycan futbolsevərlərində azarkeşlik etdiyi İstanbul klubu səfərdə minimal hesablı qələbəyə sevinərək, cavab oyun öncəsi böyük üstünlük əldə edib.

7 mart

“Anji” (Rusiya) – “Nyukasl” (İngiltərə) - 0:0

“Viktoriya” (Çexiya) – “Fənərbaxça” (Türkiyə) - 0:1

Qol: Vebo, 81

“Ştutqart” (Almaniya) – “Latsio” (İtaliya) - 0:2

Qollar: Ederson, 21, Onazi, 56

“Styaua” (Rumıniya) – “Çelsi” (İngiltərə) - 1:0

Qol: Rusesku, 34

“Benfika” (Portuqaliya) – “Bordo” (Fransa) - 1:0

Qol: Moreno, 21

“Tottenhem” (İngiltərə) – “İnter” (İtaliya) - 3:0

Qollar: Beyl, 6, Siqurdsson, 18, Vertongen, 53

“Levante” (İspaniya) – “Rubin” (Kazan) - 0:0

“Bazel” (İsveçrə) – “Zenit” (Rusiya) - 2:0

Qollar: Dias, 83, Frey, 90+3

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR